Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarixi sərhədlərimizin bərpası xəyal deyil artıq bir reallıqdır

0

  •      Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini
    eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş
    Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş
    müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə
    deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında
    ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında
    müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın
    işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər
    birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba
    yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların
    sevincini heç bir sözlə ifadə etmək olmur. Düşmən işğalından
    azad olunmuş Zəngilan rayonu istər iqtisadi cəhətdən, istərsə də
    faydalı-qazıntı yataqları ilə mühüm əhəmiyyət kəsb edən bölgələrimizdəndir. Belə
    ki, Zəngilan rayonu qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci
    yerə malikdir. O cümlədən, rayon ərazisində müxtəlif növ əlvan və s. metal
    yataqları da var.Rayon Naxçıvan MR ilə ən yaxın quru sərhədimiz olmaqla yanaşı,
    həm də strateji mühümlüyünü qoruyub-saxlayır. Bu baxımdan, həm də nəticəyə gəlmək
    olar ki, Zəngilanın azad edilməsi ilə qonşu İranla bütün quru sərhədlərimiz bərpa
    edilir, iqtisadi, strateji və lojistik cəhətdən mühüm üstünlüklər qazanılır.Ən əsası
    isə, Zəngilanın azad edilməsi tarixi Zəngəzurumuzla tarixi sərhədlərimizi bərpa
    edir və bir sıra gələcək perspektivləri müəyyənləşdirir.

     Əli Hümbətov,

    Xocalı rayon qazisi 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib31 dəfə
    Tarixi sərhədlərimizin bərpası xəyal deyil artıq bir reallıqdır

    Maraqlı gələ bilər
    32
    37
    0
    54
    34
    30